25 июл 2019
Əsgər yoldaşı tərəfindən öldürülən əsgərin yaxınları və qonşuları 8-ci km bazarının arxasındakı yolu bağlayıb. Fizuli köçkünü olan ailə narazılıq edir ki, övlad böyüdüb göndərmişik, öldürüblər, meyitini isə gec və heç nə olmamış kimi geriyə gətiriblər. Hadisə yerinə gələn polis zor təbiq edərək yolu boşaldıb. Əsgərin yaxınları iddia edir ki, N saylı hərbi hissənin giziri Murovada odlu silahdan atəş açaraq 1999-cu il təvəllüdlü, 15 ayın əsgəri Turan Kərimlini gözündən vurub öldürüb. Hadisənin hansı zəmində baş verdiyi haqda hələki məlumat yoxdur. Müdafiə Nazirliyi isə Meydan TV-nin bu haqda sualından yayınıb.
Bedelov Vasif
1:00
2 КОММЕНТАРИЯ
СПАРТАК ПРИНОСЯЩИЙ ДОЖДЬ
ай бляяяя ,,,,,,,, что же это ?????????
гриша аракелян
Жалко родителям